Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Bakı. 10 may. REPORT.AZ/ Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
Daxili siyasət
10 May , 2018 09:36
Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
president.az
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi