​Azərbaycan Prezidenti qəhrəmanlıq göstərmiş polisi təltif edib - FOTO

​Azərbaycan Prezidenti qəhrəmanlıq göstərmiş polisi təltif edib - FOTO O, “İgidliyə görə” medalı ilə mükafatlandırılıb
Daxili siyasət
1 İyul , 2015 14:44
​Azərbaycan Prezidenti qəhrəmanlıq göstərmiş polisi təltif edib - FOTO

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları arasında Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən “qəhrəman polis” adlandırılan polis əməkdaşı Elvin Abışov da var. “Report”un xəbərinə görə, polis baş serjantı Elvin Abışov “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, E.Abışovun fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə “Report” İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin “Fəxri fərmanı”nı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi