Azərbaycan Prezidenti müəllimlərin maaşının artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti müəllimlərin maaşının artırılması haqqında sərəncam imzalayıb Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları fevralın 1-dən orta hesabla 10 faiz artırılıb
Daxili siyasət
18 Yanvar , 2016 17:43
Azərbaycan Prezidenti müəllimlərin maaşının artırılması haqqında sərəncam imzalayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil müəssisələrində çalışan işçilərin əmək haqları artırılıb. 

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi