Azərbaycan Prezidenti məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb Məcburi köçkünlər aylıq müavinəti 2016-cı il fevralın 1-dən 10 faiz artımla alacaqlar
Daxili siyasət
16 Yanvar , 2016 14:35
Azərbaycan Prezidenti məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.  

"Report" xəbər verir ki, dövlət başçısı sərəncamı məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalayıb. 

Sərəncama əsasən, “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilən aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi