Azərbaycan Prezidenti “Haqsız rəqabət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

Azərbaycan Prezidenti “Haqsız rəqabət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib Dövlət başçısı İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
30 Aprel , 2015 09:46
Azərbaycan Prezidenti “Haqsız rəqabət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

 Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Haqsız rəqabət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. "Report" xəbər verir ki, dövlət başçısı qanununun tətbiqini təmin etmək məqsədi ilə fərman imzalayıb. 

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının “Haqsız rəqabət haqqında” qanununda edilən dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.

Eyni zamanda Nazirlər Kabineti normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 

Fərmana əsasən mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Bundan başqa həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Haqsız rəqabət haqqında” edilən dəyişikliklərə uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Fərmana əsasən “Haqsız rəqabət haqqında” qanununun 12-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirəcək. 

“Haqsız rəqabət haqqında” qanuna 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

İkinci abzasda “bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin” sözləri və üçüncü abzasda “haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin” sözləri “haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin.

1.2. dördüncü və beşinci abzaslarda “bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin” sözləri “bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla)” sözləri ilə əvəz edilsin.

2. 3-cü hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi