Azərbaycan Prezidenti Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırıb

Azərbaycan Prezidenti Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırıb “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb
Daxili siyasət
9 Sentyabr , 2015 18:07
Azərbaycan Prezidenti Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi