Yuxarı

Azərbaycan Prezidenti: "Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq"

Azərbaycan Prezidenti: "Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq"

Bakı. 18 aprel. REPORT.AZ/ “Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq”.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

"Gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq. Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz uğurla inkişaf edir”, - dövlət başçısı vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi