Azərbaycan polisinin 100 illiyi ilə əlaqədar medal təsis olunub

Azərbaycan polisinin 100 illiyi ilə əlaqədar medal təsis olunub Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik qəbul olunub
Daxili siyasət
2 Oktyabr , 2017 16:13
Azərbaycan polisinin 100 illiyi ilə əlaqədar medal təsis olunub

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub.

"Report" xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bu yubley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi