90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin vaxtı məlum olub

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin vaxtı məlum olub Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
12 Aprel , 2016 17:26
90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin vaxtı məlum olub

Bakı. 12 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. Həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Son xəbərlər

Orphus sistemi