Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb İclasda ilk olaraq Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsinə baxılacaq
Daxili siyasət
3 Aprel , 2015 12:03
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsinə baxılacaq. Eyni zamanda, Etibar Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinə yenidən hakimi təyin edilməsi məsələsi müzakirə olunacaq. Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında hesabatı dinləniləcək. Hesabatı daxili işlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazovun təqdim etməsi gözlənilir.

"Məhkəmələr və hakimlər haqqında", "Uşaq hüquqları haqqında", "Bələdiyyələrin statusu haqqında", "Polis haqqında", "Notariat haqqında", "Dövlət qulluğu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Dövlət sirri haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Əmək pensiyaları haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunlara, həmçinin "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilən "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə, Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi də nəzərdə tutulub.

Bundan başqa, iclasda "Kənd təsərrüfatı informasiya məsləhət xidməti haqqında" qanun layihəsi I oxunuşda, "Reklam haqqında" qanun isə II oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi