Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Arif Nəriman oğlu Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti Cavid Qəmbər oğlu Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.