Azərbaycan baş nazirinin müavini Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Azərbaycan baş nazirinin müavini Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib "Onlardan nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır"
Daxili siyasət
17 Aprel , 2015 18:12
Azərbaycan baş nazirinin müavini Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Bakı. 17 aprel. REPORT.AZ/ "Bu təzə məsələ deyil. Ona görə də belə bir qətnamənin qəbul edilməsinə təəccüblənmək lazım deyil. Çünki onların qərarının heç bir əsası yoxdur". "Report" xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Baş nazirin müavini qeyd edib ki, onlardan nə isə yaxşı bir şey gözəmək cəfəngiyyatdır: "Mən Türkiyədən olan rəsmi şəxslərlə görüşlərdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmağa çalışmayın, buna heç cəhd də etməyin, çünki sizi qəbul etməyəcəklər. Bununla bağlı Roma Papasının çıxışınə gəlincə, deyə bilərəm ki, Azərbaycan ictimiayyəti tərəfindən bu, böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunub.

Ümumiyyətlə, Azərbaycan, nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməməlidir. Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Amma Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir".

Ə.Həsənov deyib ki, işğalçı Ermənistana təzyiq göstərilməsi məsələsinin bu gün iranlı nazirlə görüdə müzakirə olunub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaiqşəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək. Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim. Sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin".

Son xəbərlər

Orphus sistemi