Azər Qasımov: "Azərbaycanda bəzi QHT-lər mütəmadi olaraq qanunun tələblərini pozur"

Azər Qasımov: "Azərbaycanda bəzi QHT-lər mütəmadi olaraq qanunun tələblərini pozur" Prezidentin mətbuat katibi: "QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər"
Daxili siyasət
14 Oktyabr , 2015 17:54
Azər Qasımov: Azərbaycanda bəzi QHT-lər mütəmadi olaraq qanunun tələblərini pozur

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Azərbaycanda bütün QHT-lər sərbəst fəaliyyət göstərir"

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov BBC-nin sualını cavablandırarkən deyib.

Azər Qasımov bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir: "Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən, eləcə də korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. 

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzim edən qanunvericilikdə çoxlu boşluqlar var idi. Bunlar da öz növbəsində bəzi QHT-lər tərəfindən yuxarıda sadaladığım qanun pozuntularının törədilməsi üçün münbit şərait yaradırdı. Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi və bunun da əsas məqsədi QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ideyası ilə də üst-üstə düşür”.

Son xəbərlər

Orphus sistemi