​"Azadlıq-2015" seçki blokunun Mitinq Komitəsi yaradılıb

​"Azadlıq-2015" seçki blokunun Mitinq Komitəsi yaradılıb Seçki blokunun Sədrlər Şurasının növbəti toplantısı keçirilib
Daxili siyasət
3 İyun , 2015 17:41
​Azadlıq-2015 seçki blokunun Mitinq Komitəsi yaradılıb

Bakı. 3 iyun. REPORT.AZ/ "Azadlıq-2015" seçki blokunun Sədrlər Şurasının növbəti toplantısı keçirilib.

Blokdan "Report"a verilən məlumata görə, iclasda avqustda seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud MirəlioğluPənah Hüseynin rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb.

Qeyd edək ki, toplantıda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn iştirak edib

Son xəbərlər

Orphus sistemi