​AXCP parlament seçkilərinə iştirak formatını açıqlayıb

​AXCP parlament seçkilərinə iştirak formatını açıqlayıb "Yaxın günlərdə seçkidə iştirakla bağlı məsələ müzakirəyə çıxarılacaq"
Daxili siyasət
3 İyun , 2015 11:15
​AXCP parlament seçkilərinə iştirak formatını açıqlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Milli Məclisə keçiriləcək seçkilərdə Milli Şuranın tərkibində qatılacaq.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, yaxın günlərdə seçkidə iştirakla bağlı məsələ müzakirəyə çıxarılacaq: "İndiyədək AXCP rəhbərliyi parlament seçkilərində iştirakla bağlı müzakirələr aparmayıb. Bu məsələ həm AXCP, həm də Milli Şurada müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək. İştirakla bağlı qərar verilərsə, dairələr üzrə namizədlərin müəyyənləşməsi istiqamətində müzakirələr aparılacaq".

Son xəbərlər

Orphus sistemi