Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.
“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.
Belə ki, növbəti üç ildə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulub.
Həmçinin təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi də dövlət proqramında öz əksini tapıb.
Prezident