Avropa Şurasının Bakı ofisinin rəhbəri Gəncəyə səfər edib

Avropa Şurasının Bakı ofisinin rəhbəri Gəncəyə səfər edib Gəncə. 27 fevral. REPORT.AZ/ Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Gəncə şəhərinə səfərə gəlib.
Daxili siyasət
27 Fevral , 2019 12:28
Avropa Şurasının Bakı ofisinin rəhbəri Gəncəyə səfər edib
0 : 00
0 : 00

Gəncə. 27 fevral. REPORT.AZ/ Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Gəncə şəhərinə səfərə gəlib.

"Report"un Qərb bürosunun xəbərinə görə, diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilib. 

İcra başçısı Z.Hernyesi Avropa Şurasının 70 illiyi münasibətilə təbrik edib, qonağa Gəncəncənin qədim tarixi və zəngin mədəni irsə barədə ətraflı məlumat verib: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə, Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhfələr verib. Gəncə 2016-ci ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı seçilib. Bu il isə Avropanın İdman Şəhəri titulunu daşıyır. Gəncədə 3 universitet, 3 kollec fəaliyyət göstərir. Bununla yanaşı, Gəncədə bir sıra iri sənaye müəssisələri də var”.

Z.Hernyes Gəncəyə ilk dəfədir səfər etdiyini deyərək gəlişinin məqsədinə toxunub: "Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində keçirilən "Gender bərabərliyi və media" mövzusunda informasiya sessiyasının açılışında iştirak etmək üçün Gəncəyə gəlmişəm. Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində baş tutan təlimlərdə əldə olunan məlumatlar tövsiyə kimi qalmayacaq, praktikada öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə gələcəkdə də böyük irəliləyişlərə nail olunacaq”.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Son xəbərlər

Orphus sistemi