Yuxarı

Avropa İttifaqı Azərbaycanda keçirilmiş seçkilərlə bağlı bəyanat yayıb

Avropa İttifaqı Azərbaycanda keçirilmiş seçkilərlə bağlı bəyanat yayıb
Aİ Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvardır

Bakı. 13 aprel. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) Azərbaycan xalqının rifahı və Aİ ilə Azərbaycan arasındakı münasibətlər naminə Prezidentin yeni səlahiyyət müddətində də Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvardır".

"Report" xəbər verir ki, bu barədə Avropanın Xarici Əlaqələr Xidmətinin bəyanatında deyilir.

"Azərbaycan Respublikasında Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Prezident İlham Əliyev dördüncü dəfə dövlət başçısı seçilib", - bəyanatda vurğulanıb.

Bəyanatda Azərbaycan hökumətinin fəaliyyətlərini sərbəst həyata keçirmiş beynəlxalq müşahidəçilərə müsbət münasibət göstərdiyi konstruktiv addım kimi qeyd olunub. 

Avropanın Xarici Əlaqələr Xidməti həmçinin Azərbaycan tərəfinin ATƏT DTİHB-nin bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacağına ümidvar olduğunu və Aİ-nin bu prosesdə kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi