Yuxarı

ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək

ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək
Missiyanın əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan hazırlamaqdır

Bakı. 5 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvlərinin bu həftə Azərbaycana səfəri planlaşdırlır.

Bu barədə "Report"a ATƏT DTİHB-nin Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, missiyanın əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan hazırlamaqdır.

Həmçinin yaxın zamanlarda ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbərinin adı açıqlanacaq.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi