Yuxarı

Astara Rayon İcra Hakimiyyətinə yeni müavin təyin edilib

Astara Rayon İcra Hakimiyyətinə yeni müavin təyin edilib

Astara. 7 iyun. REPORT.AZ/ Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib. 

"Report"un Cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.  

O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi