Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib - VİDEO

Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib - VİDEO Qusar. 15 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 15-də Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edib. 
Daxili siyasət
15 Fevral , 2018 18:54
Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edib - VİDEO
Report

Qusar. 15 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 15-də Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edib. 

"Report"un Şimal bürosu xəbər verir ki, əvvəlcə Xidmətin rəisi Arzu Rəhimov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini anıblar. 

Qəbulda müraciətlər, əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Eyni zamanda Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda, ümumilikdə, 30-a yaxın vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi