Arzu Rəhimov Mingəçevirdə vətəndaşlar ilə görüşəcək

Arzu Rəhimov Mingəçevirdə vətəndaşlar ilə görüşəcək Qəbul gələn il yanvarın 18-də baş tutacaq
Daxili siyasət
27 Dekabr , 2016 19:19
Arzu Rəhimov Mingəçevirdə vətəndaşlar ilə görüşəcək

Bakı 27 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov gələn il yanvarın 18-də saat 10:00-da Mingəçevir şəhər şöbəsinin inzibati binasında Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri ilə görüşəcək.

Xidmətdən "Report"a verilən məlumata görə, görüşə gəlmək istəyən vətəndaşların yanvarın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Son xəbərlər

Orphus sistemi