Artur Rasi-zadə Milli Məclisdə hesabat verir

Artur Rasi-zadə Milli Məclisdə hesabat verir Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb
Daxili siyasət
15 Mart , 2016 12:07
Artur Rasi-zadə Milli Məclisdə hesabat verir

Bakı. 15 mart. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. "Report"un məlumatına görə, sədr Oqtay Əsədov çıxışı zamanı hökumətin hesabatının kitab şəklində çap olunaraq deputatlara paylanıldığını deyib.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilib: "Hesabatdan da göründüyü kimi, ötən il dünya iqtisadiyyatında mənfi meyllər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib. Təbii ki, dünyada baş verən tendensiya Azərbaycandan da yan keçməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət dünya iqtisadiyyatında yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına az təsir etməsinə gətirib çıxarmışdı".

O,Əsədov deyib ki, keçən il ÜDM 1,4 faiz artıb: "Bu da indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür".

Sonra Azərbaycanın baş naziri Artur Rasi-zadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi