Arif Hacılı: "Əli Kərimli və Cəmil Həsənli bizi tərəf kimi görmək istəmirlər"

Arif Hacılı: "Əli Kərimli və Cəmil Həsənli bizi tərəf kimi görmək istəmirlər" Müsavatın Məclisi aprelin 19-da mitinq keçirilməsini məqsədəuyğun sayıb
Daxili siyasət
4 Aprel , 2015 17:03
Arif Hacılı: Əli Kərimli və Cəmil Həsənli bizi tərəf kimi görmək istəmirlər

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Patiyası başqanının müavini Elman Fəttah partiya Məclisinin toplantısında mitinq keçirilməsi ilə bağlı təklif verib.

“Report”un məlumatına görə, E.Fəttah aprelin 19-da mitinq keçirilməsi ilə bağlı təklifinin müzakirə olunmasını xahiş edib.

O əlavə edib ki, Milli Şuranın mitinqlərə martın 15-də başlamasını uğursuz proses hesab edir: “Vaxtından tez kütləvi aksiyaların keçirilməsi prosesə mənfi təsir göstərir”.

Çıxış edən Müavat başqanı Arif Hacılı deyib ki, üç dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyinə, Milli Şuranın sədri Cəmil Həsənliyə kütləvi etiraz aksiyalarının keçirilməsi ilə müraciət edib: “Amma onlar bizi orada tərəf kimi görmək istəmirlər, üzvlərimizin isə Milli Şuranın mitinqlərində iştirak etməsini istəyirlər. Yalnız özünü müxalifət hesab edən partiyalar prosesə mənfi təsir göstərirlər”.

Məclis üzvü Mustafa Hacıbəyli də deyib ki, Müsavat Partiyasının mitinqinin təşkili ilə bağlı digər partiyalara da müraciət olunmalıdır.

Sonda Müsavat Məclisi partiyanın mitinqinin aprelin 19-da keçirilməsi təklifini səsə qoyaraq qəbul edib. Məclisdə elan edilib ki, qərar Divanda təsdiqlənməlidir.

Son xəbərlər

Orphus sistemi