Arif Hacılı: "Əgər hansısa partiya üzvünün qanunsuz əməlləri aşkarlanarsa cəzalandırılacaq"

Arif Hacılı: "Əgər hansısa partiya üzvünün qanunsuz əməlləri aşkarlanarsa cəzalandırılacaq" Müsavat Partiyasından Avropaya bir nəfər də göndərilməyib. Azərbaycandan getmək istəyində olanlara bunun ziyanlı olduğunu bildirmişik. Sadəcə, 200-ə yaxın adama arayış vermişik.
Daxili siyasət
19 Noyabr , 2019 14:12
Arif Hacılı: Əgər hansısa partiya üzvünün qanunsuz əməlləri aşkarlanarsa cəzalandırılacaq

"Müsavat Partiyasından Avropaya bir nəfər də göndərilməyib. Azərbaycandan getmək istəyində olanlara bunun ziyanlı olduğunu bildirmişik. Sadəcə, 200-ə yaxın adama arayış vermişik".

"Report" xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı partiya qərargahında keçirilən mətbuat konfransında deyib.

"Bir neçə ildir ki, Müsavat Partiyasına qarşı ittihamlar irəli sürülür. Bütün bunları nəzərə alaraq tədbir görməyə çalışmışıq. Bununla bağlı partiyada mexanizm var. Sənədlər araşdırılır. Mexanizm sonradan daha da çətinləşdirildi. Əgər müsavatçı miqrasiya xidmətinə getdikdən sonra arayış istəyirsə verilmir. Sadəcə, getdiyi ölkədə miqrasiya idarəsindən partiyaya sorğu göndərilir", -  o qeyd edib.

Partiya sədri bildirib ki, irəli sürülən ittihamlar araşdırılacaq: "Ancaq bir neçə ildir ki, partiyada siyasi mühacirlərə arayışın verilməsi sərtləşdirilib. Partiyada bu məsələlərlə bağlı komissiya yaradılıb. Bütün ittihamlar araşdırılacaq. Əgər hansısa partiya üzvünün qanunsuz əməlləri aşkarlanarsa cəzalandırılacaq. İttihamlar doğru olmazsa, bununla bağlı aidiyyəti orqanlara müraciət edəcəyik, partiyanın adını ləkələmək istəyənlərin cəzalandırılmasını istəyəcəyik. Biz bu məsələlərin araşdırılmasının tərəfdarıyıq".

A.Hacılı vurğulayıb ki, Müsavat AKM təşkilatının bu məsələyə heç bir aidiyyəti yoxdur: "Biz Almaniyanın ədliyyə sisteminə, ədalətli qərar veriləcəyinə inanırıq. Əgər hansısa müsavatçının olduğu təsdiqlənərsə, sərt qərar veriləcək. İki il partiyanın üzvü olmayan adama arayışın verilməsi qadağan olunub".

Son xəbərlər

Orphus sistemi