Anar Bağırov bəzi şəxslərə vəkilliyə qəbul imtahanlarında problemlərin yaradılması ilə bağlı iddialara münasibət bildirib

Anar Bağırov bəzi şəxslərə vəkilliyə qəbul imtahanlarında problemlərin yaradılması ilə bağlı iddialara münasibət bildirib Bakı. 6 iyun. REPORT.AZ/ Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir.
Daxili siyasət
6 İyun , 2018 11:27
Anar Bağırov bəzi şəxslərə vəkilliyə qəbul imtahanlarında problemlərin yaradılması ilə bağlı iddialara münasibət bildirib
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ "Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir".

"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, Vəkillər Kollegiyasına qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: "Vəkilliyə qəbul imtahanlarından kəsilənlər arasında dövlət qulluğunda çalışanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlatdan kəsilənlər sırasında digər partiya mənsubiyyəti olanlar da var".

Son xəbərlər

Orphus sistemi