Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev "Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili" adlı məqalə yazıb.
"Report"un xəbərinə görə, məqalədə dünya azərbaycanlılarının birləşməsindən, onların beynəlxalq geosiyasətin inkişafı istiqamətində fəallaşmasından bəhs edilir.