Yuxarı

Akademik Həsən Abdullayevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Akademik Həsən Abdullayevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sənəddə deyilir ki, 2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.

Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.

Dövlət başçısı ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi