Milli Məclisin sədr müavini: "Ailədə yalnız dini qanunlara istinad etmək olmaz"

Milli Məclisin sədr müavini: "Ailədə yalnız dini qanunlara istinad etmək olmaz" "İlk növbədə qanunlara istinad edilməlidir"
Daxili siyasət
6 Fevral , 2015 12:42
Milli Məclisin sədr müavini: Ailədə yalnız dini qanunlara istinad etmək olmaz

Bakı. 6 fevral. REPORT.AZ/ "Yeni ailə quran gənclər ilk növbədə Ailə Məcəlləsinin mövcudluğundan, ümumilikdə qanunlardan xəbərdar olmalıdır". "Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, ailədə yalnız şəriətə və dini qanunlara istinad etmək olmaz: "Biz dünyəvi ölkədə yaşayan insanlar kimi bu məsələlərə milli-mənəvi dəyərlər gözündən baxmalıyıq".

O, həmçinin qeyd edib ki, cəmiyyətdə qanunlarla yanaşı, Azərbaycanın milli-mənəvi dəyərləri də mühüm rol oynayır: "İlk növbədə qanunlara istinad edilməlidir.

Cəmiyyətdə insanlar yanlış çağırışların arxasınca getməməlidirlər. Çünki bunların hamısı heç də mütərəqqi olmur. Hətta bəziləri mürtəce xarakter daşıyır. Bizi təhdid edən çağırışlar ölkədə sabitliyin pozulmasına səbəb ola bilər".

Son xəbərlər

Orphus sistemi