Prezident
Bu barədə “Report”a açıqlamasında Z.Muradov özü məlumat verib.
O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.
“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - Z.Muradov əlavə edib.
M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib: “Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm. Prezident də elə həmin gün tapşırıq vermişdi və həmin gün də
Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".
Qeyd edək ki, xəbəri ilk olaraq unikal.org saytı yayıb.