Yuxarı

Ağcabədi rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi işdən çıxarılıb

​Ağcabədi rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi işdən çıxarılıb

Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi