Ağac, gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsi qaydası təsdiqlənib

Ağac, gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsi qaydası təsdiqlənib Bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
24 Oktyabr , 2017 09:18
Ağac, gül-çiçək və ot bitkilərinin Azərbaycana gətirilməsi qaydası təsdiqlənib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu sənəd yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qaydasını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi