​Ellada Məmmədli: "ADR partiyaya çevrilməyəcək"

​Ellada Məmmədli: "ADR partiyaya çevrilməyəcək" Azərbaycan Demokratiya və Rifah Hərəkatının dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq
Daxili siyasət
25 Dekabr , 2015 10:25
​Ellada Məmmədli: ADR partiyaya çevrilməyəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının partiyaya çevrilməsi haqqında hərəkatın İdarə Heyətində heç bir müzakirə aparılmayıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

O bildirib ki, hərəkatın fəaliyyət proqramı yalnız qurultayda dəyişdirilə bilər: "ADR ona görə yaranıb ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, kütləvi halda Azərbaycanın Demokratiya və Rifahına birlikdə nail olaq. Bunu nəzərə alaraq deyə bilərəm ki, ADR yaxın illərdə partiyaya çevrilməyəcək".

E.Məmmədli qeyd edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq: "ADR sədri Qubad İbadoğlu ölkədə deyil. Qubad bəy Azərbaycana dönəndən sonra nazirliyə müraciət edəcəyik. Artıq, sənədlər də hazırdır".

Qeyd edək ki, hərəkat bu ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi