ADR-in sədri məlum olub

ADR-in sədri məlum olub Namizədlərin hamısı Qubad İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər
Daxili siyasət
21 Fevral , 2015 11:48
ADR-in sədri məlum olub

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədrliyinə seçki keçirilib.

“Report”un məlumatına görə, bu gün keçirilən təsis konfransında hərəkatın sədrliyinə Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Əhliman Abbasın, Ədalət Yusubovun, Vurğun Əyyubun və Qubad İbadoğlunun namizədliyi irəli sürülüb.

Namizədlərin hamısı Qubad İbadoğlunun xeyrinə namizədliklərini geri götürüblər.

Q.İbadoğlunun namizədliyi səsverməyə çıxarılaraq təsdiq edilib. 

Hərəkatın Nizamnaməsi də konfranda təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi