​Adil Qeybulla Müsavat Partiyasından istefa verməsinin səbəblərini açıqlayıb

​Adil Qeybulla Müsavat Partiyasından istefa verməsinin səbəblərini açıqlayıb "Onsuz da bu proses hamıya gəlib çatacaq"
Daxili siyasət
4 May , 2015 11:16
​Adil Qeybulla Müsavat Partiyasından istefa verməsinin səbəblərini açıqlayıb

Bakı. 4 may. REPORT.AZ/ Professor, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Müsavat Partiyasından istefa verməsinin səbəblərini açıqlayıb.

A.Qeybulla "Report"a açıqlamasında deyib ki, istefa verməsinə səbəb Vurğun Əyyubun əsassız olaraq partiya sıralarından xaric olunmasıdır. O bildirib ki, partiya rəhbərliyi absurd bəhanələrlə öz opponentlərini partiyadan xaric edir: "Təbii ki, bu, neqativ tendenasiyadır. Çünki partiyada azad fikrə qarşı təzyiq var. Onlar məni də partiyadan uzaqlaşdıracaqdılar. Ona görə də özüm istefa verməyi qərara aldım. İmkan verə bilməzdim ki, partiya rəhbərliyi məni partiyadan uzaqlaşdırsın. Onsuz da bu proses hamıya gəlib çatacaq, rəhbərliyin siyasətini qəbul etməyənləri absurd bəhanələrlə bundan sonra da Müsavat Partiyasından çıxaracaqlar. Çünki bu, partiya rəhbərliyinin istəyidir".

Xatırladaq ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. Qərarın qəbulu zamanı V.Əyyubun iclaslara qatılmaması və üzvlük haqqını ödəməməsi əsas göstərilib.

Son xəbərlər

Orphus sistemi