Bakı. 26 sentyabr. REPORT.AZ/ Baş nazirin müavini Abid Şərifov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lütfü Zadə haqqında səsləndiriyi fikirlərlə bağlı cəzalanıb-cəzalandırılmamasına münasibət bildirib.
“Report”un xəbərinə görə, A.Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, kiminsə cəzalandırılması onun işi deyil
Baş nazirin müavini qeyd edib ki, o, bu işlərə baxmır: “Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz danışsın. Amma deyirlər ki, danışıb. Cəzalandırmaq məsələsi isə mənlik deyil. Bu işlərlə mən məşğul olmuram”.