53 saylı DSK-nın sədri: "Seçicilər fəal şəkildə səsvermədə iştirak edirlər"

53 saylı DSK-nın sədri: "Seçicilər fəal şəkildə səsvermədə iştirak edirlər" Quba. 11 aprel. REPORT.AZ/ 53 saylı Quba-Qusar Seçki Dairəsində 76 seçki məntəqəsi var.
Daxili siyasət
11 Aprel , 2018 14:35
53 saylı DSK-nın sədri: Seçicilər fəal şəkildə səsvermədə iştirak edirlər
Report

Quba. 11 aprel. REPORT.AZ/ "53 saylı Quba-Qusar Seçki Dairəsində 76 seçki məntəqəsi var".

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Dairə Seçki Komissiyasının sədri Rahim Qarayev deyib.  

O bildirib ki, 48450 seçicisi olan Seçki Dairəsinin 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb: "Seçki Dairəsi üzrə məntəqələrdə seçici fəallığı müşahidə olunur. İndiyə qədər 20880 nəfər səsvermədə iştirak edib".

52 saylı Quba Seçki Dairəsi üzrə 46810 nəfər seçici var. Dairə Seçki Komissiyasından bildirilib ki, onlardan 649 nəfəri ilk dəfə səs verənlərdir: "Burada 10 veb-kamera quraşdırılıb, 72 seçki məntəqəsi var. Seçkiləri 798 yerli müşahidəçi qeydiyyatdan keçərək müşahidə edir. İndiyə qədər səsvermədə iştirak edənlərin sayı 20537 nəfər olub. Hələlik qayda pozuntusu müşahidə olunmayıb".

Son xəbərlər

Orphus sistemi