Yuxarı

Daha 245 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib, 2 nəfərin isə vətəndaşlığı bərpa olunub

Daha 245 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib, 2 nəfərin isə vətəndaşlığı bərpa olunub
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilən şəxslər and içiblər

Bakı. 19 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə əcnəbi və vətəndaşlığı olmayan 245 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 2 nəfərin isə vətəndaşlığı bərpa olunub.

Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. 

DMX-də Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunan şəxslərlə görüş keçirilib.

Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasətin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və son illər həyata keçirilən islahatların Azərbaycanı tərəqqiyə, parlaq gələcəyə apardığı bildirilib.

Görüşdə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə bu arzuya qovuşaraq Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunan şəxslərin hər birinin Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqları inamla ifadə edilib.

Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilən şəxslər and içiblər.

Vətəndaşlığa qəbul və bərpa edilən şəxslər öz sevinclərini bölüşüb, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildirib, bu böyük etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbir dövlət himninin ifası ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi