Yuxarı

Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək

2023-cü ilədək 3 məhkəmə binası istifadəyə veriləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda 2023-cü ilədək 3 məhkəmə binası istifadəyə veriləcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqramda 2019-2023-cü illər ərzində Sumqayıt Məhkəmə Kompleksinin və Masallı Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında isə yenidənqurma işlərinin başa çatdırılması nəzərdə tutulur.

İşin icrası Ədliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi