Yuxarı

Xoşbəxt Yusifzadə: "Hamımızın əsas vəzifəsi itkin düşənləri tapmaqdır" - YENİLƏNİB

SOCAR-ın birinci vitse-prezidenti qəza ilə əlaqədar yaradılmış komisiyanın öz işini davam edirdiyini bildirib

İlk xəbər saat 13:35-də verilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mətbuat konfransı keçirilir.

"Report" xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qəza ilə əlaqədar yaradılmış komissiyanın öz işini davam edirdiyini bildirib.

O qeyd edib ki, dekabrın 4-də güclü küləyin davam etməsi çox çəkdi. "Külək 27 saat davam etdi. Ləpənin hündürlüyü də 8-10 metrə qalxdı, qaz quyularından 10-cu platformaya gələn qurğuda partlama baş verdi. Partlayış olmasından insanlar təlaşa düşüblər, lakin təlimata uyğun olaraq öz işlərini görüblər.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd edib ki, birinci qayıqda 26 nəfər, birində 34 adam olub.

Onun sözlərinə görə, dalğanın hündürlüyü imkan verməyib ki, xilasediliclər hadisə yerinə yanaşsınlar.

Nəticə etibari ilə gəmilər uzun müddət özülə yaxınlaşa bilməyiblər. Gecə saat 22.30-da qayğının bir qanadı, daha sonra o biri qanadı qırılıb və dənizçilər dənizə düşüblər.

Onun sözlərinə görə, insanlar dənizə düşəndə hamısının xilasedici jileti olub, ancaq gecə onları görmək çıtin olub. Üçü xilas olub. Qalanların isə axtarışı davam edir.

Xoşbəxt Yusifzadənin sözlərinə görə, indi əsas vəzifə yanğnın söndürmək və itkin düşənləri axtarıb tapmaqdır: "Bizim hamımızın əsas vəzifəmiz onların hamısını tapmaqdır. Dənizdə işləmək asan deyil. Mən həyatımda belə şeylər çox görmüşəm".

O, qeyd edib ki, hazırda SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerindədir. "Kimin əlindən nə gəlirsə, görür, müəyən nəticələr əldə olunacaq", - deyə Xoşbəxt Yusifzadə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi