Yuxarı

​Serbiya parlamentinin sədri Azərbaycana gəlib

Maya Qoykoviç səfərdə məqsədin iki ölkə parlamenti arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib

Bakı. 10 dekabr. REPORT.AZ/ Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç dekabrın 10-da Azərbaycana səfərə gəlib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Maya Qoykoviçi Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanında jurnalistlərə müsahibə verən Maya Qoykoviç bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana ilk səfəridir.

O, səfərin məqsədinin Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib. Serbiya Milli Məclisinin sədri deyib:

“Parlamentlərarası əlaqələr yüksək səviyyədədir, lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da möhkəmləndirəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi