Yuxarı

Rusiyalı ​deputat Gennadi Züqanov Heydər Əliyev Mərkəzində olub

Kommunist Partiyası fraksiyası sədrinə Mərkəz haqqında məlumat verilib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.

"Report" xəbər verir ki, Gennadi Züqanova dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib.

Həmçinin bildirlib ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib.

Nümayəndə heyətinin üzvləri Mərkəzdə, həmçinin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Qonaqlar Mərkəzin “Auditorium” zalı göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi