Yuxarı

Azərbaycan Prezidenti bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu yüksək dəyərləndirildi

BAKI. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirildi.

Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi