Yuxarı
    Bağlamaq

    Netanyahu: İran və İŞİD - eyni səviyyəli təhlükə mənbəyidir

    İsrailin baş naziri Florensiya şəhərində İtaliyalı həmkarı Matteo Rentsi ilə görüşüb

    Bakı. 30 avqust. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İranı tənqid atəşinə tutub. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, İtaliyanın baş naziri Matteo Rentsi ilə Florensiya şəhərində görüşən Netanyahu daha sonra bəyan edib ki, İŞİD qruplaşması ilə İran dövləti dünya ictimaiyyəti üçün eyni səviyyəli təhlükə mənbələridir.

    İsrailin hökümət başçısı hesab edir ki, İranın nüvə proqramı tamamiylə hərbi məqsədlər daşıyır.

    Onun sözlərinə görə, İran gələcəkdə çox böyük təhlükə olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi