Yuxarı

​Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib

Səfər zamanı ikitərəfli əlaqələrin perspektivləri və bir sıra digər məsələlər müzakirə olunacaq

Bakı. 15 fevral. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfərə gəlib.

“Report”un məlumatına görə, Heydər Əliyev beynəlxalq hava limanında onu Azərbaycanın yüksək rütbəli rəsmi şəxsləri qarşılayıblar.

Səfər zamanı M.C.Zərif Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşlər zamanı ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və digər regional və dünya gündəminin aktual məsələləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi