Yuxarı

Keçmiş “Nida”çı YAP-a üzv olmaq üçün müraciət edib

O, YAP-ın Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Nida” təşkilatının keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün ərizə ilə müraciət edib. Bu barədə “Report”a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Elsevər Nəsrəddin oğlu Mürsəlli YAP-ın Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.

Keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd edib.

Qeyd edək ki, keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra Heydər Əliyevin məzarını ziyarət edib, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi