Yuxarı

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan Prezidentini təbrik edib

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram

Bakı. 27 may. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizin möhkəm cansağlığı və rifahı, Azərbaycan xalqının inkişafı və çiçəklənməsi üçün Uca Tanrıya dua edirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ilə sıx əlaqələrini yüksək qiymətləndirir. Qurumun fəaliyyətinə verdiyi dəstəyi və İslam ölkələrinin əməkdaşlığının birgə təbliği işində Azərbaycanın rolunu xüsusi təqdir edirik. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-alinizin müsəlman ümməti arasında həmrəyliyin möhkəmləndirilməsinə və bu istiqamətdə yeni üfüqlərin açılmasına verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi