Yuxarı
    Bağlamaq

    İlham Əliyev Nasir Əbdüləziz Əl-Nasiri “Dostluq” ordeni ilə təltif edib

    O, BMT-nin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində səmərəli fəaliyyətinə görə təltif edilib

    Bakı. 22 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir “Dostluq” ordeni ilə təltif edib. "Report"un məlumatına görə, sərəncamda bildirilir: 

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir “Dostluq” ordeni ilə təltif edilsin.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 22 aprel 2016-cı il.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi