Yuxarı

​Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

Təyinat almış yeni əməkdaşlar dövlət bayrağı önündə and içiblər

Bakı. 8 iyul. REPORT.AZ/ Ədliyyə orqanlarına müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 70-ə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib. 

Ədliyyə Nazirliyi mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan yüksək nailiyyətləri qeyd edib, ölkədə gənc nəslin milli ruhda tərbiyə olunmasına, ictimai-siyasi həyatda, dövlət idarəçiliyində yaxından iştirakına daim xüsusi diqqət göstərilməsindən bəhs edərək ədliyyə orqanlarında gənclərin üstünlük təşkil etdiklərini və əzmlə çalışdıqlarını bildirib.

Nazir ötən ay Azərbaycanın ən yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyi "Bakı-2015" I Avropa Oyunlarında ölkə gənclərinin, könüllülərin fəallığını, o cümlədən gənc ədliyyə işçilərinin böyük maraq göstərərək idman tədbirlərində yaxından iştirakını xüsusilə vurğulayıb, təcrübəçilərə dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri və vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib, uğurlu fəaliyyət arzulayıb.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi