Yuxarı

​Davudoğlu: "Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyi üçün regiondakı layihələrdən məhrum olub"

Türkiyənin Baş naziri Atlantik Şurası Enerji və İqtisadi Zirvəsinin iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib

Bakı. 23 noyabr. REPORT.AZ/ "Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub".

"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində çıxışı zamanı Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.

O, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar tərəfin regionda yaratdığı problemlər barədə iştirakçılara ətraflı məlumat verib.

"Çoxları Bakı - Tbilisi - Ceyhan layihəsinin gerçəkləşəcəyinə inanmırdı. Lakin bu sülh və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycan, Türkiyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub", - deyə Baş nazir diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi